İpaniya Milli Polisi Marbeliya şəhərində iki gürcü və bir erməni
“qanuni oğru”nu saxlayıblar.
Polisin məlumatına görə, saxlanılan şəxslər Ermənistan vətəndaşı
A.S. və Gürcüstan vətəndaşları L.B. və İ.P.-dir.
Hər üç şəxs Marbeliya şəhərindəki restoranlardan birində
saxlanılıb. Onların restoranda keçirilən görüşdə rəqiblərdən birini
öldürməyi planlaşdırdıqları güman olunur.
Hər üç şəxsin saxlanılması iyun ayında keçirilmiş mütəşəkkil
cinayətkar dəstə üzvlüyü ittihamı ilə 129 nəfərin saxlanıldığı
irimiqyaslı əməliyyatın davamıdır.
Mənbə: tv4.ge