DİN: Saxta Facebook profilləri ilə məbləğ mənimsəyən qrupu saxlamışıq

Daxili İşlər Nazirliyinin bəyənatına görə, Tbilisi, Kutaisi və Zestafonidə fırıldaqçı qrupun dörd üzvünü saxlayıblar.

Müəssisənin məlumatına görə, saxlanılanlar cari ilin mart və aprelində Facebook sosial şəbəkəsində saxta profillərdən istifadə edərək, fırıldaqçılıq yolu ilə həmin şəbəkənin istifadəçilərinə aid məbləğ mənimsəyiblər.

Müəssisədən deyirlər ki, törədilmiş cinayət nəticəsiində 6 vətəndaş zərər çəkib. Fırıldaqçılıq yolu ilə mənimsənilən məbləğ isə 1000-dən artıq lari imiş.

İşlə bağlı Gürcüstan CM-nin 180-ci maddəsinin 2-ci hissəsinin a və b aşağı bəndi ilə 4-cü hissəsinin “b” aşağıbəndi ilə əvvəlcədən razılaşma ilə qrup tərəfindən törədilmiş fırıldaqçılıq maddəsi ilə gedir. Cinayət 7-dən 10 ilə ilə qədər azadlıqldan məhrum edilməni nəzərdə tutur.

 

Mənbə: On

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google