“Gürcü Arzusu”nun prezidentliyə namizədi olmayacaq
“Gürcü Arzusu”nun prezidentliyə namizədi olmayacaq. Bu barədə Parlamentin sədri İrakli Kobaxidze bildirib. Onun dediyinə görə, iqtidar komandası bu qərarı yekdilliklə qəbul edib.

Kobaxidzenin bildirdiyinə görə, bütün namizədlər özlərini təqdim etdikdən sonra müstəqil namizədi dəstəkləyəcəklər:

“Biz hər hansı partiyasız və müstəqil namizədi dəstəkləyəcəyik. Bizim bununla bağlı mövqeyimiz isə bütün namizədləri gördükdən sonra formalaşacaq”.



Ötən gün, 6 avqust tarixində Salome Zurabaşvili prezidentliyə namizədliyini irəli sürdü. Zurabaşvili 2018-ci il prezident seçkilərində “Gürcü Arzusu”nun onu dəstəkləyib dəstəkləməyəcəyi ilə bağlı suala cavab olaraq deyib ki, o, partiyanın əvəzinə cavab verə bilməz. Bununla belə 28 iyul tarixində Parlament sədrinin müavini Qia Volski bildirmişdi ki, partiyada Salome Zurabişvilini dəstəkləmək və ya ümumiyyətlə prosesə qarışmamaq barədə müzakirələr gedir.
Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google