Davit Bakradze – yaxın gələcəkdə ictimaiyyət Salome
Zurabişvilinin arxasında gizlənən hökumət və hakim partiyanın
resurslarını görəcək.
“Avropalı Gürcüstan” partiyasının prezidentliyə namizədi Davit
Bakradzenin dediyinə görə,
“prezident seçkilərində
Salome Zurabişvilinin müstəqil olaraq hər hansı bir nəticəyə nail
olmaq imkanı sıfıra bərabərdir”.
O, jurnalistlərə deyib ki, yaxın gələcəkdə ictimaiyyət Salome
Zurabişvilinin arxasında gizlənən hökumət və hakim partiyanın
resurslarını görəcək.
“Xanım Zurabişvilinin müstəqil olaraq hər hansı nəticəyə nail olmaq
imkanları sıfıra bərabərdir. Yaxın gələcəkdə hamımızın başa düşdüyü
və gördüyü kimi, “Gürcü Arzusu”nun onu dəstəklədiyini görəcəyik.
Buna görə də müstəqil namizədliyi irəli sürməklə bağlı bütün bu
ssenarilər cəmiyyəti səhv yönləndirməkdir. Əminəm ki, yaxın
gələcəkdə xanım Salome Zurabişvilinin arxasında hökumət və “Gürcü
Arzusu”nun bütün resurslarının səfərbər olduğunu
görəcəyik”, - deyə Bakradze bildirib.