Davit Bakradze – yaxın gələcəkdə ictimaiyyət Salome Zurabişvilinin arxasında gizlənən hökumət və hakim partiyanın resurslarını görəcək

Davit Bakradze – yaxın gələcəkdə ictimaiyyət Salome Zurabişvilinin arxasında gizlənən hökumət və hakim partiyanın resurslarını görəcək.

“Avropalı Gürcüstan” partiyasının prezidentliyə namizədi Davit Bakradzenin dediyinə görə, “prezident seçkilərində Salome Zurabişvilinin müstəqil olaraq hər hansı bir nəticəyə nail olmaq imkanı sıfıra bərabərdir”.

O, jurnalistlərə deyib ki, yaxın gələcəkdə ictimaiyyət Salome Zurabişvilinin arxasında gizlənən hökumət və hakim partiyanın resurslarını görəcək.

“Xanım Zurabişvilinin müstəqil olaraq hər hansı nəticəyə nail olmaq imkanları sıfıra bərabərdir. Yaxın gələcəkdə hamımızın başa düşdüyü və gördüyü kimi, “Gürcü Arzusu”nun onu dəstəklədiyini görəcəyik. Buna görə də müstəqil namizədliyi irəli sürməklə bağlı bütün bu ssenarilər cəmiyyəti səhv yönləndirməkdir. Əminəm ki, yaxın gələcəkdə xanım Salome Zurabişvilinin arxasında hökumət və “Gürcü Arzusu”nun bütün resurslarının səfərbər olduğunu görəcəyik”,
- deyə Bakradze bildirib.

 

Mənbə: İnterPressNews

 

Print