“Maçaxela” üzr istəyir və əməkdaşlarını işdən kənarlaşdırır

“Maçaxela” restoranı avqust müharibəsi ilə bağlı insidentə görə üzr istəyir və

bu insidentdə iştirak edən əməkdaşları ilə müqaviləni pozur:

“İlk növbədə dünən bizim filiallarımızdan birində əməkdaşlarımızın qonaqlar tərəfindən işğalçı ölkəni əks etdirən posterin nümayiş olunmasının qarşısının alınmasına cəhd etmələri ilə bağlı insidentə görə ictimaiyyətdən üzr istəyirik. Təəssüf ki bizim restoranlar şəbəkəsində çalışan minlərlə əməkdaşın siyasi baxışı və düşüncəsi haqda məlumat almaq çox çətindir. Bundan əlavə onların hər birinin qeyri-düzgün hərəkət və qərarı üçün məsuliyyət daşımaq da çox çətindir”, - deyə müdiriyyətin bəyanatında qeyd edilib.

Ötən gün, 7 avqust tarixində “Facebook” vasitəsilə “Maçaxela” restoranında qonaqlardan Putinin əks olunduğu banneri masadan qaldırmalarının tələb edildiyi barədə məlumat yayıldı. Bu tələblərini isə – “Maçaxela” etiraz aksiyasının keçiriləcəyi yer deyil – deyə əsaslandırıblar.



“Maçaxela” bu halda üzərlərinə düşən məsuliyyəti dərk etdikləri və həmin insidentdə iştirak edən bütün şəxslərlə əməkdaşlığa xitam verilməsi barədə bəyanat verib. Restoran həmçinin yayılmış məlumatdan sonra “Maçaxela”nın “Facebook” səhifəsində bəyanat yayımlayaraq etirazçıları yalançı vətənpərvərlər adlandıran səhifə inzibatçısı ilə də əməkdaşlığa son verdiklərini açıqlayıb. Həmin bəyanat isə səhifədən qaldırılıb.

“O, bizim mövqeyimizi tamamilə səhv və qeyri-düzgün formada ifadə edib. Ümid edirik ki, bu belə halların bir daha baş verməməsi üçün bir işarə olacaq. Həmçinin qeyd etmək istəyirik ki, bizim şirkət ictimaiyyətin ölkəmizin Rusiya tərəfindən işğal olunmasından irəli gələn kədər və narahatçılığını bölüşür. Bir daha baş vermiş insidentə görə üzr istəyirik”, - deyə bəyanatda deyilir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google