Övladlarının gözü qarşısında həyat yoldaşına qarşı dəfələrlə zorakılıq tətbiq etmiş şəxs 13 ay müddətinə azadlıqdan məhrum edildi
Bu gün, 8 avqust tarixində Zestafoni rayon məhkəməsi ittiham tərəfinin təqdim etdiyi bütün dəlilləri paylaşıb və həyat yoldaşına qarşı zorakılıqda ittiham edilən Q.M.-i Cinayət Məcəlləsinin 1261-ci maddəsinin 2-ci hissəsinin “b” və “e” bəndləri ilə günahkar hesab edib.

Məhkəmə prosesi zamanı prokurorluq tərəfindən təqdim olunmuş dəlillərə əsasən, ailə zorakılığına görə şərti azadlıqdan məhrumetmə cəzası almış Q.M. həyat yoldaşı E.C.-yə qarşı dəfələrlə zorakılıq tətbiq edib. Bundan başqa istintaqın məlumatına görə, 1 aprel 2018-ci il tarixində zorakılıq törədən ər övladlarının yanında qarşılıqlı mübahisə edərkən arvadının üz və baş nahiyələrinə bir neçə dəfə zərbə endirib. Bunun nəticəsində də zərərçəkən fiziki ağrı hiss edib və yüngül bədən xəsarəti alıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları Q.M.-i 1 aprel 2018-ci il tarixində saxlayıb. O, Cinayət Məcəlləsinin 1261-ci maddəsinin 2-ci hissəsinin “b” və “e” bəndləri ilə (ailənin bir üzvü tərəfindən övladlarının yanında və dəfələrlə digər üzvünə qarşı fiziki ağrıya səbəb olan zorakılığın tətbiq olunması) ittiham olunub və həbs cəzası alıb.

Zestafoni məhkəməsi Q.M.-i irəli sürülən ittihamlarda günahkar hesab edib və yekdilliklə 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google