Varketilidə atəş açılması nəticəsində 45 yaşlarında bir kişi ölüb, biri isə yaralanıb

Varketilidə atəş açılması nəticəsində 45 yaşlarında bir kişi ölüb, biri isə yaralanıb. Yaralanan şəxs təxminən 40 yaşlarındadır və xəstəxanaya çatdırılıb.

Hadisə çoxmərtəbəli yaşayış binalarından birinin girişi yaxınlığında baş verib.

Hadisə yerinə ekspert-cinayət polisi səfərbər olunub. Polislər sakinləri dindirib və insidentdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün lazımi tədbirlər görüb.

Əldə olunan məlumata görə, baş vermiş hadisə sevgi tarixçəsi ilə bağlıdır. Bu haqda hadisənin baş verdiyi ərazidə yaşayan sakinlər məlumat verib.

Bundan başqa yayılmış məlumata görə, odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda ittiham olunan şəxsin kimliyi müəyyənləşib və axtarış tədbirləri davam edir.

Daxili İşlər Nazirliyindən “İnterpresnyus”a verilən məlumata görə, insidentlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin amansızlıqla qəsdən iki və daha artıq adamı öldürmək və qəsdən öldürməyə cəhdi nəzərdə tutan 108-ci və 19/109-cu maddəsinin 3 hissəsi ilə istintaq aparılır. Həmin cinayət üçün 12 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google