Mamuka Baxtadze – Salome Zurabişvilinin namizədliyini dəstəkləmək barədə yekun qərar qəbul etməmişik, buna görə də onun siyasi bəyanatını dəyərləndirə bilmərəm

Bu mərhələdə Salome Zurabişvilinin namizədliyini dəstəkləmək barədə yekun qərar qəbul etməmişik – bu sözləri Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin iclası başlamadan əvvəl keçirdiyi brifinqdə deyib.


Jurnalist baş nazirə Salome Zurabişvilinin 2008-ci il avqust ayında Rusiya ilə müharibəyə Gürcüstanın başlaması ilə bağlı səsləndirdiyi fikirlə razılaşıb razılaşmadığı barədə sual ünvanlayıb.

“Qeyd etdiyimiz kimi, bu mərhələdə Salome Zurabişvilinin namizədliyini dəstəkləmək barədə yekun qərar qəbul etməmişik, buna görə də onun siyasi bəyanatını dəyərləndirə bilmərəm. Məsələ ilə bağlı mənim şəxsi düşüncəm Rusiyanın təcavüzkar olduğu, ərazilərimizi işğal etdiyidir və bu birmənalıdır”, - deyə Mamuka Baxtadze bildirib.

Xatırladırıq ki, prezidentliyə müstəqil namizəd 2008-ci ildə müharibəyə məhz Gürcüstanın başladığını bəyan edib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google