Axaltsixe məhkəməsi cinsi zorakılıq törətməkdə ittiham olunan müttəhimə 6.5 il həbs cəzası verdi

Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Axaltsixe rayon məhkəməsi ittiham tərəfinin təqdim etdiyi dəlillərlə tamamilə razılaşıb

və cinsi zorakılıq törətməkdə ittiham olunan İ.A.-nı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilib.

Məhkəmə prosesi zamanı araşdırılmış dəlillərə əsasən 19 dekabr 2017-ci il tarixində Valedə İ.A. fizik güc tətbiq eərək və öldürməklə hədələyərək zərərçəkənin öz evində onunla cinsi əlaqədə olub.

Prokurorluğun məlumatına görə, həmin gün məhkəmə qərarı əsasında İ.A.-nı Valedə sxlayıblar.

Axaltsixe rayon məhkəməsi İ.A.-nı təqsirli bilərək barəsində 6 il 6 ay müddətində həbs cəzası hökmü verib.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google