Rustavidə 2 yaşlı qız pəncərədən yıxılaraq dünyasını dəyişib

Rustavidə baş vermiş bədbəxt hadisə nəticəsində 2 yaşlı qız dünyasını dəyişib. Qız ötən gün axşam saatlarında 21-ci mikrorayonda yaşayış binasının 4-cü mərtəbəsində pəncərəyə çıxıb və yıxılıb.

Uşağı xəstəxanaya çatdırmaq mümkün olmayıb, o, yolda dünyasını dəyişib.

DİN-dən “İnterpresnyus”a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə istintaq başlayıb. Həmin maddə ehtiyatsızlıq üzündən həyatın itirilməsini nəzərdə tutur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google