Fövqəladə Halların İdarəolunması Xidməti Qara dəniz sahilində istirahətdə olanlara xəbərdarlıq edir

Fövqəladə Halların İdarəolunması Xidməti Qara dəniz sahilində istirahətdə olanlara xəbərdarlıq edir.


“Bu gün, 9 avqust tarixində dənizdə 4-5 bal gücündə fırtına gözlənilir, buna görə də dənizdə çimmək qadağandır. Gün ərzində dalğaların hündürlüyü1.5 metrdən 3 metrədək çatacağı güman olunur.

Qara dəniz sahilində bütün xilasedici qüllələrində qırmızı bayraq qaldırılıb. Qüllələrdə ağ bayraq qaldırılması halında dənizə girməyə icazə veriləcək”,
- xidmət tərəfində yayımlanmış məlumatda deyilir.

Fövqəladə Halların İdarəolunması Xidməti vətəndaşları qadağanedici siqnallara fikir verməyə və təhlükəsizlik qaydalarını qorumağa çağırır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google