DİN-in məlumatına görə, Varketilidəki qətl hadisəsi qısqanclıq zəminində baş verib

Daxili İşlər Nazirliyinin məlumatına görə, Varketilidəki qətl və öldürməyə cəhd faktı isti izlərlə açılıb. Nazirliyin bəyanatında qeyd olunub ki, qətl ötən gün axşam saatlarında qısqanclıq zəminində baş verib.

Məlumata görə, 1989-cu ildə anadan olmuş Ts.Q.-nin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

“8 avqust 2018-ci il tarixində Varketili 3, 1-ci mikrorayonun 25-ci korpusunun girişində baş vermiş qətl faktı isti izlərlə açılıb. 1989-cu ildə anadan olmuş Ts.Q.-nin saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam edir.

İlkin məlumata görə, hadisə dünən axşam saatlarında qısqanclıq zəminində baş verib.

Odlu silahdan açılan atəş nəticəsində 41 yaşlı kişi qətlə yetirilib. 48 yaşlı bir kişi isə yaralanıb, hal-hazırda tibbi müəssisədə müalicə olunur.

Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) və 19/109-cu maddəsinin 3-cü hissəsi (iki və daha çox adamı qəsdən amansızlıqla öldürməyə cəhd) ilə istintaq davam edir. Törədilmiş cinayət üçün 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”,
- DİN-in məlumatında deyilir.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google