Kiev metrosunda qadın pişiyin ayağından dişləyib
Kiev metrosunun dayanacaqlarından birində bir neçə gün bundan əvvəl hadisə baş verib. Şahidlərin yazdığına görə qadın pişik balasının ayağından dişləməyə cəhd göstərib.
Keçənlər bir neçə dəqiqə ərzində qadının əlindən pişiyi azad etməyə cəhd göstəriblər. Şahidlərin bəyənatına görə qadını ona qədər də metroda görüblər. Onların sözərinə görə, qoca qadın yardım istəyirmiş və hər gün müxtəlif heyvanlarla onu görürlərmiş.



Şahidlərdən birinin sözlərinə görə, qadın 3 pişik balası ilə birgə imiş. İkisini keçənlər qadının əlindən ala biliblər. Üçüncünü isə qadın dişləri ilə tuturmuş.Hadisədən sonra pişiyi baytar klinikasına aparıblar. Onun sağ dirsəyində bağlı travma var.

Baytarın bəyənatına görə, zədə əsəb sistemindən millimetr aralıda olub. Zədə dəysəydə pişik ayağını itirəcəkdi. Ukrayna mediasının məlumatına görə, hadisədən sonra qadını polis saxlamayıb və ona qarşı hələ ki, heç bir inzibati cəza təyin edilməyib.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები