Qeyri-gürcü dilli məktəblər bu il də yeni dərsliklər əldə edə bilməyəcəklər

Gürcüstanın Təhsil və Elm nazirliyinin məlumatına görə, 2018-ci ilin yeni tədris ilində qeyri-gürcü dilli məktəblər yeni dərsliklər ala bilməyəcəklər.

Bu haqda “Batumelebi”yə nazirin müavini Temur Murğulia deyib.

Qeyri hökumət təşkilatı “Mülki inteqrasiya və millətlər arası əlaqələr mərkəzi”nin məlumatına görə, 2013-cü ilin araşdırmasına əsasən, Gürcüstanda 213 qeyri-gürcü dilli məktəb və 77 sektor var imiş. Bundan 85 məktəb tamamilə azərbaycan dillidir, 11 rus dilli, 117 isə erməni dilli məktəbdir. Bu məktəblərdə 2014-cü ilin göstəricilərinə əsasən 60 minə qədər şagird oxuyur.

Bu məktəblərdə tədris aparılan dərsliklər dövlət tərəfindən qoyulmuş milli tədris planına uyğun deyil.

Etnik azlıq nümayəndələrinin “Batumelebi” ilə söhbətdə qeyd etdiyinə görə, etnik azlıqların məktəblərinə dərslikləri qonşu ölkədən gətirirlər. Müvafiq olaraq şagirdlər Gürcüstan Təhsil nazirliyi tərəfindən qoyulmuş milli tədris planına uyğun olaraq deyil qeyd oluna dərsliklərin nəşr olunduğu ölkənin təhsil sisteminə əsasən təhsil alırlar.

Etnik azlıq nümayəndələrinin sözlərinə görə, gürcü dilindən tərcümə olunmuş dərsliklər köhnəlib və keyfiyyətsiz tərcümə olunub.

Təhsil nazirliyi gürcü dilli məktəblərdə birdən altıncı sinifə qədər dərsliklərin yenilənməsinə başlayıb. Nazirliyin bəyənatına görə, yeni dərsliklər məktəblərdə 15 sentyabrda daxil olacaq, ancaq bu qeyri-gürcü dilli məktəblərə aid deyil.

Nazir müavini Temur Murğuliya bu faktı belə izah edir: “Üç ayda bu dərsliklərin tərtib olunması və tərcüməsi mümkün olmayacaqdı. Əgər yaxşı kitabların nəşr olunmasını istəyiriksə uyğun olmalıdır. Yaxşı kitab və tərcümə olunmuş kitab çox fərqlənir.
Ona görə də biz sentyabrdan pedaqoqlarla çalışmağa başlayırıq, bizim məqsədimiz odur ki, hər şey vaxtında, adekvat şəkildə yerinə yetirilsin. Bu 15 sentyabra qədər mümkün olmayacaq və bu heç birinci dəfə də dizaynda nəzərə alınmamışdır”.


“Batumelebi”nin dərsliklərin dəyişilməsi zamanı qeyri-gürcü dilli məktəblər üçün niyə yeni dərsliklərin nəşr olunması planlaşdırılmayıb sualına Murğulia cavab verir ki, “bu məsələ heç ilkin dizaynda da nəzərə alınmamışdı” çünki səbəb vaxt faktorudur.

“Bu olduqca böyük həcmli işdir, amma keçən illərdən fərqli olaraq biz bunun üzərində çalışmağa başlamışıq. Proses aktiv fazada gedir və yüksək dərəcəli dərsliklərimiz olanda başa çatacaq. 2019-cu il ən axrıncı olacaq, düşünmürəm ki, proses ondan da uzaq çəksin”- deyir nazir müavini.

İllər ərzində 200-dən çox məktəbdə milli tədris planından kənar tədrisi necə qiymətləndirirsiniz sualına Temur Murğulia cavab verib ki, bu onun qiymətləndirəcəyi məsələ deyil. “Bilirəm ki, problem həll olunmalıdır”- deyir Murğulia.

Gürcüstanın Təhsil və Elm nazirliyinin qeyri-gürcü dilli məktəblərlə bağlı göstəriciləri belədir:

Azərbaycan məktəbi – 82
Azərbaycan-rus – 1,
Azərbaycan – erməni – 1
Gürcü-azərbaycan – 31

Rus məktəbi – 11
Erməni-azərbaycan sektoru – 1
Erməni-gürcü sektoru – 10

Erməni dilli məktəb –118
Gürcü-azərbaycan sektoru – 9
Gürcü-rus sektoru – 30
Gürcü-rus-azərbaycan – 1
Gürcü-rus-erməni– 1

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google