Pşaveli-Abano-Omalo avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyi Avtomobil Yolları Departamentinin məlumatına görə, aparılan intensiv təmizləmə işləri nəticəsində ölkədaxili əhəmiyyətli Pşaveli-Abano-Omalo avtomobil yolunun 12-72-ci kilometrliklərində avtomobillərin hərəkəti bərpa olunub.

Departamentin bildirdiyinə görə, həmin yolda yalnız hündür nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə qadağandır. Həmin yolun 1-11-ci kilometrliklərində isə hərəkət sərbəstdir.

Xatırladırıq ki, ölkədaxili əhəmiyyətli Pşaveli-Abano-Omalo avtomobil yolunun 28-64-cü kilometrliklərindəə torpaq-qaya kütləsinin yola tökülmüş və yolun həmin hissəsində ötən gün axşam saatlarından bütün növ nəqliyyatın hərəkəti dayandırılmışdı.

Avtomobil Yolları Departamentinin məlumatına görə, hadisə yerinə müvafiq texnika cəmləşmiş və Avtomobil Yolları Departamentinin nümayəndələri fasiləsiz olaraq təmizləmə işləri aparırdı.
Print ელ. ფოსტა
FaceBook Twitter Google