DTX Maçalikaşvilinin ərizəsinə dair terrorla hədələmə maddəsi ilə istintaqa başlayıb

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Malxaz Maçalikaşvilinin ərizəsinə dai istintaq CM-nin 18/323-cü maddəsinin birinci hissəsi ilə gedir.

Pankisidə aparılan xüsusi əməliyyat zamanı öldürülmüş Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili DTX-nə bu gün 14 avqusta şahid statusu ilə gedib.

DTX-ə daxil olana qədər Malxaz Maçalikaşvili bildirib ki, 31 may tarixində aksiyada edilmiş bəyənat emosional fonda edilibmiş.

31 mayda aksiyada Maçalikaşvili bildirib ki, onun və daha bir neçə adam and içmişdik ki, DTX-nə getsinlər və özlərini partlatsınlar. Ancaq gürcü xalqına olan sevgilərinə görə bu fikirdən daşınıblar.

DTX bu bəyənata dair 12 iyunda istintaqa başlayıb.

Sonradan Maçalikaşvili öz bəyənatını izah edib:

“Mənim üçün onun terrorda günahlandırılması ölümdən ağırdır. Bir il deyildi ki, uşaq cəmiyyətə çıxırdı, güclə həmin 14 000 larini toplamışdım ki, əməliyyat etdirdim, xalq arasına çıxartdım. Bunlar götürdülər və yatağa saldılar, terrorda günahlandırdılar. Bundan sonra mənə deyirlər ki, sən belə bəyənatlar verirsən. Düşünmürlər ki, müsəlman şəxs hansısa sözü dedisə ona quyruq taxacaqlar, bu yaxşı hərəkət deyil. Ola bilsin duyğusal bəyənat oldu, mənim yerimə hamı belə edərdi. Amma bunu mənim çeçen xalqım etmiş olsa mən özümü partladardım və onların min nəfərini də Tamerlanımın dalınca göndərərdim. Amma mən bunu Gürücstanda etməzdim və etmərəm də” – deyib Malxaz Maçaikaşvili.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები