Statistika xidmətinin məlumatına görə, 2018-ci ilin ikinci
kvartalında Gürcüstana xarici ölkənin 2 milyon vətəndaşı daxil
olub. Onların 1.1 milyonu turist imiş.
Keçən ilin analoji dövrü ilə müqayisədə göstərici 20,4% artır.
Statistikanın məlumatına görə beynəlxalq səyahətçilərin 66%
turistlər olub, eksursiyaya gedənlərin hissəsi isə 28,3% təşkil
edib, səyahət edənlərin isə 5,7% turist və eləcə də ekskursant
imiş.
2018-ci ilin ikinci kvartalında səyahət edənlərin ən böyük
göstəricisi 276.6 min təşkil edib və Rusiya Federasiyasından gəlib.
Bu, ümumi səyahətçilərin 20.6 faizini təşkil edir. Ondan sonra
Azərbaycan və Türkiyə gəlir.
2018-ci ilin ikinci kvartalında həyata keçirilmiş səyahətlər zamanı
Gürcüstana daxil olan şəxslər ümumilikdə 1.9 milyard lari
xərcləyiblər.
Statistikanın məlumatına görə, keçən ilin anaoji dövrü ilə
müqayisədə göstərici 31.5% artıb. Səfər zamanı orta xərc keçən illə
müqayisədə 15.5% artıb və 1 144.1 larini təşkil edib.