Braziliyada prezidentliyə namizədi yaralayıblar

Braziliyada prezidentliyə əsas namizədlərdən biri Jair Bolsonaronu yaralayıblar.

BBC-nin yazdığına görə, ultra-sağçı siyasətçiyə seçki kampaniyası çərçivəsində planlaşdırdığı tədbirdə hücum ediblər.

Hadisənin əks olunduğu videomaterialda Bolosonaronun tərəfdarlarını salamlayarkən bıçaqla yaraladıqları görünür. Şübhəli şəxsi polis saxlayıb.

Tərəfdarları əvvəlcə prezidentliyə namizədi yerə uzadıblar, daha sonra isə maşına qoyaraq xəstəxanaya aparıblar. Bolosonaronun çox qan itirdiyi bildirilir. Onun oğlunun “Twitter” sosial şəbəkəsində yazdığına görə, siyasətçini xəstəxanaya ölümcül vəziyyətdə çatdırıblar.

BBC-nin dəyərləndirməsinə görə, Bolosonaro öz irqçi və homofobiya məzmunlu şərhləri ilə çox sayda braziliyalı qıcıqlandırıb.

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google