Daxili İşlər Nazirliyi bu il 25 kiloqram heroin müsadirə edib və 143 narkotik alverçisini saxlayıb
14:54 / 19.09.2018
Daxili İşlər Nazirliyi bu il qeyri-qanuni dövriyyədən 25
kiloqram heroin çıxarıb və 143 narkotik alverçisini saxlayıb.
Qeyd olunan məsələ ilə bağlı DİN Mərkəzi Cinayətkarlıqla Mübarizə
Polisi Departamentinin direktoru Vladimer Bortsvadze brifinq
keçirib.
“Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri
narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və narkotik
alverçilərinə qarşı fəal, amansız mübarizədir.
Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin əməkdaşları
bu ili 16-17 sentyabr tarixində Poniçala və Marneuli rayonunda eyni
zamanda həyata keçirilmiş irimiqyaslı əməliyyat tədbiri
nəticəsində, məhkəmə qərarı əsasında narkotik vasitələrin
alınması-saxlanılması və satışı ittihamı ilə 4 nəfəri 985-ci ildə
anadan olmuş E.A., 1992-ci ildə anadan olmuş E.A., 1975-ci ildə
anadan olmuş Q.A və 1991-ci ildə anadan olmuş B.M.-i saxlayıb.
İstintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhimlər sistematik
olaraq narkotik vasitələrin satışını həyata keçirirlərmiş. Hüquq
mühafizə orqanları məhkəmə qərarı əsasında onlardan bir neçə dəfə
narkotik vasitələrin alışını həyata keçiriblər və bu əməliyyatı
audio-video yazısını qeydə alıblar. Polis hər dörd nəfərdən
qeyri-qanuni satılan narkotik vasitə heroini maddi dəlil kimi
götürüb.
Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin əməkdaşları
tərəfindən “Sadaxlı” sərhəd-keçid məntəqəsi ərazisində
narkocinayətə görə 4 nəfər İran vətəndaşı saxlanılıb. 1982-ci ildə
anadan olmuş A.C., 1980-ci ildə anadan olmuş R.Q., 1989-cu ildə
anadan olmuş S.B. və 1991-ci ildə anadan olmuş J.Q.-nin üzərlərinin
axtarışı nəticəsində ayaqqabılarının altında yerləşdirdikləri 2 kq.
780 q. Narkotik vasitə heroin müsadirə ediblər.
Külli miqdarda narkotik vasitənin qeyri-qanuni
alınması-saxlanılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin
260-cı maddəsi ilə istintaq davam edir.
Əlavə olaraq bildiririk ki, son doqquz ay ərzində Daxili İşlər
Nazirliyinin əməkdaşlarının fəal işləri nəticəsində 143 nəfər
narkotik alverçisi saxlanılıb.
2018-ci ilin bir yanvar tarixindən bu günədək 25 kq heroin, 1,5 kq
kokain, 8990 ədəd “Suboteks” və “Suboksin” həbi, 2,1 kq. “MDMA”,
1,2 kq. psixotrop dərman müsadirə olunub”, -
Nazirlikdən bildirilir.