Son iki ildə Azərbaycanın 15
vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
“Report”un yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın
Ədliyyə Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, 2016-cı ilin sentyabrın 16-dan 2018-ci
ilin avqustun 17-dək olan dövr ərzində 199 Azərbaycan vətəndaşının
Gürcüstan vətəndaşlığına xitam verilib.
Azərbaycanın 1222 vətəndaşı isə Gürcüstanda ikili vətəndaşlıq
alıb.
Hesabat dövründə ümumilikdə 15 229 əcnəbiyə Gürcüstan vətəndaşlığı
verilib. Onların əksəriyyətini - 6 447 nəfərini Rusiya vətəndaşları
təşkil edib. İkili vətəndaşlıq üçün isə 58 143 xarici vətəndaş
müraciət edib ki, onların böyük əksəriyyəti41 631 nəfər olmaqla
Rusiya vətəndaşları olub.
Qeyd olunan dövrdə Azərbaycanın 308 vətəndaşı qonşu ölkədə daimi
yaşayış icazəsi alıb.
Üç Azərbaycan vətəndaşına isə investisiyalar əsasında Gürcüstanda
daimi yaşayış izni verilib. Ailəsinə qovuşmaq məqsədilə 144
azərbaycanlı yaşayış icazəsi, 321 Azərbaycan vətəndaşı isə qonşu
ölkədə işləmək hüququ əldə edib.
Azərbaycanın 25 vətəndaşına isə təhsil məqsədilə yaşayış izni
təqdim olunub.