Xəbərlər
İstintaq Xidməti dövlətə məxsus əmlakını aldatma yolu ilə mənimsəmə faktına görə üç nəfəri məsuliyyətə cəlb edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda dövlət əmlakını saxtalaşdırma yolu ilə mənimsəmə faktına görə bir şirkətin iki rəhbərini və Dmanisi bələdiyyəsinin keçmiş əməkdaşını cinayət məsuliyyətinə cəlb edib.
İstintaq nəticəsində müəyyən olub ki, həmin şirkət Dmanisi bələdiyyəsi tərəfindən təşkil olunmuş tenderdə qalib gəlib. Ümumi dəyəri 546 882 lari olan həmin tenderin tələblərinə əsasən şirkət dörd obyektin təmir-bərba işlərini həyata keçirməli imiş.

Müttəhimlər qanunsuz olaraq maddi gəlir əldə etmək məqsədilə müqavilə ilə öhdəliklərinə düşən işlərə laqeyd yanaşaraq, işləri keyfiyyətsiz şəkildə həyata keçiriblər. Bundan əlavə işlərin tamamlanması ilə bağlı sənədlərdə süni olaraq görülən işlərin həcmini artıq yazıblar. Bu hərəkətləri ilə cinayətə qarışmış şəxslər qanunsuz olaraq ümumilikdə 143 451 lari mənimsəyiblər.

İstintaq həmçinin müəyyən edib ki, Dmanisi bələdiyyəsinin işlərin gedişinə nəzarət edən keçmiş əməkdaşı yerinə yetirilmiş işlərə müvafiq nəzarəti həyata keçirməyib və bununla da müttəhimlər tərəfindən dövlətə məxsus vəsaiti aldatma yolu ilə mənimsənilməsinə şərait yaradıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsi ilə davam edir. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: is.ge
| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
İstinadən
bildirir ki, sosial şəbəkə istifadəçiləri indi bir-birlərinə səsli
mesaj göndərə bilərlər.
16:11 / 11.12.2018
İstinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri indi bir-birlərinə səsli mesaj göndərə bilərlər.
Zuqdidi bələdiyyəsinin Tsiaşi kəndi yaxınlığında iki avtomobilin
toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 4 nəfər isə
yaralanıb. Yaralılar Zuqdidi referal xəstəxanasına
yerləşdiriliblər.
14:39 / 11.12.2018
Zuqdidi bələdiyyəsinin Tsiaşi kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 4 nəfər isə yaralanıb. Yaralılar Zuqdidi referal xəstəxanasına yerləşdiriliblər.
14
yaşlı Əsli Abdullayeva Bolnisi rayonunun Samtreti (Cəfərli)
kəndində yaşayır.
13:35 / 11.12.2018
14 yaşlı Əsli Abdullayeva Bolnisi rayonunun Samtreti (Cəfərli) kəndində yaşayır.
Didube metro stansiyası yaxınlığında HONDA
markalı avtomobil 6 nəqliyyat vasitəsi ilə toqquşaraq zəncirvarı
qəza törədib.
13:31 / 11.12.2018
Didube metro stansiyası yaxınlığında HONDA markalı avtomobil 6 nəqliyyat vasitəsi ilə toqquşaraq zəncirvarı qəza törədib.
“Tsiskvili”
restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək
vəzifəli məmurlardan biri ağır vəziyyətdədir.
13:17 / 11.12.2018
“Tsiskvili” restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək vəzifəli məmurlardan biri ağır vəziyyətdədir.
Qəbir qazarkən
tarixi sikkələr tapmış qəbirqazanlar məsuliyyətə cəlb
olunub.
12:55 / 11.12.2018
Qəbir qazarkən tarixi sikkələr tapmış qəbirqazanlar məsuliyyətə cəlb olunub.
12:38 / 11.12.2018
"Milli Hərəkat" partiyasının Bolnisi rayon təşkilatının sədri Samirə İsmayılova Rustavi Prokurorluğunda dindirilib.
Kiyevdə Gürcüstan vətəndaşları qarət ittihamı
ilə saxlanılıb.
12:35 / 11.12.2018
Kiyevdə Gürcüstan vətəndaşları qarət ittihamı ilə saxlanılıb.