Dövlət Təhlükəsizlik Xidmətinin Rüşvətxorluqla Mübarizə
Agentliyinin əməkdaşları saxtakarlığa cəhd və rəsmi sənədlərin
saxta yolla hazırlanması və satılması faktına görə iki nəfər
Türkiyə respublikası vətəndaşını – Talha O. və Hüseyn Ç.-ni
saxlayıblar.
DTX-dən “İnterpresnyus”a verilən məlumata görə, həmin şəxslər
xüsusi texniki vasitələrdən istifadə edərək Gürcüstanə saxta yaşama
icazəsi və saxta sürücülük vəsiqəsi hazırlayıblar və 1600 ABŞ
dolları qarşılığında Türkiyə vətəndaşına satıblar.
Saxtakarlığa cəhd və rəsmi sənədlərin saxta yolla hazırlanması və
satılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci
maddəsinin ikinci hissəsinin “b” altbəndi və 362-ci maddəsinin
birinci hissəsi ilə istintaq davam edir ki, bunun üçün də 4 ildən 7
ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.