DTX Gürcüstan saxta yaşayış icazəsi və saxta sürücülük vəsiqəsi hazırlamaq və satmaq faktına görə iki Türkiyə vətəndaşını saxlayıb
Dövlət Təhlükəsizlik Xidmətinin Rüşvətxorluqla Mübarizə Agentliyinin əməkdaşları saxtakarlığa cəhd və rəsmi sənədlərin saxta yolla hazırlanması və satılması faktına görə iki nəfər Türkiyə respublikası vətəndaşını – Talha O. və Hüseyn Ç.-ni saxlayıblar.
DTX-dən “İnterpresnyus”a verilən məlumata görə, həmin şəxslər xüsusi texniki vasitələrdən istifadə edərək Gürcüstanə saxta yaşama icazəsi və saxta sürücülük vəsiqəsi hazırlayıblar və 1600 ABŞ dolları qarşılığında Türkiyə vətəndaşına satıblar.

Saxtakarlığa cəhd və rəsmi sənədlərin saxta yolla hazırlanması və satılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin ikinci hissəsinin “b” altbəndi və 362-ci maddəsinin birinci hissəsi ilə istintaq davam edir ki, bunun üçün də 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: İnterPressNews
Print