“Rustavi 2” kanalı Xorava küçəsindəki hadisə ilə bağlı Subelianinin iştirakı ilə qalmaqallı səs yazısı yayıb
“Rustavi 2” kanalı gizli şəkildə yazılmış səs yazısı yayıb. Kanalın məlumatına görə, Xorava küçəsindəki hadisə ilə bağlı polisə məlumat vermədiyi üçün saxlanılan prokurorluğun keçmiş yüksək vəzifəli əməkdaşı Mirza Subeliani, “Gürcü Arzusu”nun Mestiyadan seçilmiş deputatı Viktor Caparidze və Qaçqınlar Nazirliyi və Baş Müfəttişliyin keçmiş əməkdaşı Davit Tsuxişvili iştirak ediblər.

Kanalın məlumatına görə, səs yazısından aydın olru ki, Subeliani hakimiyyətin ona qarşı mövqeyindən narazıdır və hakimiyyətə qarşı ortaya çıxmış kompromatlardan söhbət açır. Həmçinin hakimiyyətlə razılaşdığı və həbsxanada nə qədər qalacağını bildiyi barədə danışdığı da aydın eşidilir.

“Rustavi 2” bildirir ki, səs yazıları yenidir, praktiki olaraq bir neçə həftənin yazısıdır. Belə ki, səs yazısında bir neçə dəfə “Rustavi 2” kanalının efirində hakimiyyətə qarşı bir sıra ittihamlar irəli sürən “Omeqa Qrup”un təsisçisi Zaza Okuaşvili barəsində də söhbət açılır. Okuaşvili isə “Rustavi 2” efirində ilk dəfə 2 həftə bundan əvvəl olub.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google