Almaniyada təyyarə insanların üzərinə düşdü, ölənlər var
Almaniyanın Hessen əyalətində kiçik mühərrikli təyyarə insanların üzərinə düşdü. “Netgazeti”nin BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər dünyasını dəyişib.

Hadisə Fulda şəhəri yaxınlığında dağlıq ərazidə yerli saatla 15:45-də baş verib. Uğursuz enişdən sonra təyyarə yenidən sürət artırmağa çalışıb, bu isə mümkün olmayıb və insanların üzərinə düşüb. Həmin insanlar uçuş zolağı yaxınlığında dururlarmış.

BBC-nin məlumatına görə ölənlərdən biri uşaqdır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google