Marneulidə 30 yaşlarında kişi qatarın vurması nəticəsində dünyasını dəyişib
15 oktyabr tarixində axşam saatlarında Marneulidə, Mağalaşvili körpüsü ərazisində qatar bir nəfəri vurub.
Şahidlərin bildirdiyinə görə, 30 yaşlarında olan kişi relslərin üstə otururmuş. Qatarın uzun müddət səs siqnalını qoşmasına baxmayaraq o, relslərdən uzaqlaşmayıb. Şahidlərin dediyinə görə kişi içkili vəziyyətdə olub. Qatarın zərbəsi o qədər güclü olub ki, kişini metrələrlə uzağa tullayıb.

Hadisə yerinə patrul ekipajı və təcili yardım cəlb olunub. Cənazə məhkəmə-tibbi ekspertizasının Rustavi şöbəsinə aparılıb.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin dəmir yolu hərəkəti təhlükəsizliyinin və istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başlayıb.

"Marneuli" Radiosu
Print