Xonidə “Avropalı Gürcüstan”ın ofisini qarət ediblər.
Qərargahın rəhbəri Davit Çavçanidzenin dediyinə görə, fərdi
kompüter və televizor oğurlanıb.
“Səhər ofisin qarət olunduğunu gördük. Görünür qarətçilər
pəncərədən daxil olublar. İçərisində təşkilat üçün əhəmiyyətli
seçki məlumatları olan kompüter, həmçinin televizor itib”, - deyə
Davit Çavçanidze bildirib.
Hadisə yerinə hüquq mühafizəçiləri çağırılıb. Faktla bağlı
araşdırma aparılır.