Saqareco bələdiyyəsinin İormuğanlı kənd sakini 39 yaşlı kişi artıq
5-ci gündür ki axtarılır.
Araz Sahib oğlu Əliyevi sonuncu dəfə 11 oktyabr tarixində çoban
olaraq çalışdığı Tetritskaro bələdiyyəsində görüblər.
Hadisə ilə bağlı istintaq başlayıb. Daxili İşlər Nazirliyinin
məlumatına görə, itkin düşmüş şəxsin tapılması üçün intensiv
axtarışlar davam edir.