Gürcüstanın tütün satılan bütün marketlərində siqaretin qiymətləri
10 və 20 tetri bahalaşıb.
"Netgazeti"yə tütün istehsalçı-idxalçısı olan bir neçə şirkətdən
bildiriblər ki, qiymətlərin artması birmənalı olaraq larinin
dəyərsizləşməsinə bağlanır.
Siqaret ticarətçiləri deyirlər ki, qalan siqaretləri yenidən köhnə
qiymətə satırlar. Ancaq yeni məhsulu 10 və 20 tetri baha alıblar.
Buna görə də özləri də qiyməti bahalaşdırmalı olublar.
“Demək olar ki, bütün siqaretlət 10 tetri bahalaşıb.
Yalnız Parlament və oxşa siqaretlər – 20 tetri bahalaşıb. Davidovi
və Qaluazi hələ almamışıq. Ona görə də qalanlarını köhnə qiymətə
satırıq. Hər ikisini də sabah 10 və ya 20 tetri baha qiymətə
gətirəcəklər və biz də qiyməti artırmalı olacağıq” –
deyir "Netgazeti"yə tütün mağazalarından birinin meneceri.
Milli Bankın rəsmi məzənnə kursuna əsasən 15 oktyabra görə valyuta
ticarəti nəticəsində lari ABŞ dolları ilə müqayisədə 3 tetri
dəyərsizləşib. Bu gün bir ABŞ dollarının rəsmi dəyəri 2.66 laridir,
dünən isə lari kursu ABŞ dolları ilə müqayisədə 2.63 larini təşkil
edirdi.