Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə bu gün baş tutan
mətbuat konfransında prezident seçkilərində kimə səs verəcəyinə
dair sual veriblər.
Giorgi Marqvelaşvilinin sözlərinə görə, o, öz torpağı-suyunun
qorunması qərarında dəqiq olan Gürcüstana səs verəcək.
“Mən öz qərarlarında dəqiq olan, 5-10-15 il bundan
əvvəl olduğu kimi torpağını-suyunu qoruya biləcək Gürcüstana səs
verəcəm. Daxil olan və vətənimizi işğal edən düşməni məhv etsin;
Bizim vətəndaşların mühafizəsinin və bu vətəndə qürurla yaşamasının
qayğısına qalsın; Bəşəriyyətin mədəniyyətinin və ruhunun beşiyi ola
bilsin. Amma bu ölkənin var olması üçün bizim hərbçilərimiz biz
siyasətçilərin onlara verdyi dəqiqliklə möhkəm olmalıdırlar.
Bilməlidirlər ki, vətəni qorumaq ən böyük dəyərdir və heç vaxt
tökülən heç bir gürcü qanının damlası boş yerə axmır və sual altına
qoyula bilməz” – bildirib Giorgi Marqvelaşvili.