Rustavidə tikintidə olan binadan fəhlə düşüb. Gürcüstan DİN-nin
məlumatına görə kişi həmin tikintidə işlə təmin olunubmuş.
Zərərçəkəni xəstəxanaya yerləşdiriblər. Netgazetiyə Rustavi Mərkəzi
Xəstəxanasından bildirdiklərinə görə zərərçəkən huşsuz
vəziyyətdədir və süni nəfəs borusuna qoşulub.
Baş verənlə bağlı Gürcüstanın CM-nin 240-cı maddəsi ilə istintaq
gedir. Maddə tikinti və başqa işlər zamanı təhlükəsizlik qayadsının
pozulmasını nəzərdə tutur.