Patarkatsişvilinin ölümü ilə bağlı Konstitusional Təhlükəsizlik Departamentinin üç sabiq yüksək vəzifəli əməkdaşına qarşı ittiham irəli sürülüb
"Kurieri" xəbər verir ki, prokurorluq Patarkatsişvilinin qətlinin təşkil olunması ilə bağlı Konstitusional Təhlükəsizlik Departamentinin Teleşirkətinin verdiyi məlumata görə, Gürcüstan Prokurorluğu Skotland Yardın Patarkatsişvilinin ürək tutmasından öldüyü nəticəsinə gəldiyi 10 il öncə aparılan istintaqı şübhə altına alıb və Konstitusional Təhlükəsizlik Departamentinin üç sabiq yüksək vəzifəli əməkdaşına qarşı ittiham irəli sürüb.

Müttəhim Revaz Şiukaşvilinin vəkili Keti Mirianaşvili deyib ki, onun müdafiəsi altında olan çəxsə qarşı ittiham absurddur. Vəkil ictimaiyyətin diqqətini son vaxtlar baş verən qalmaqallardan yayındırmaq üçün prokurorluğun belə bir ittiham irəli sürməyə ehtiyacı olduğunu düşünür.

"Mənim müdafiəm altında olan şəxs suçsuz olduğunu düşünür və hesab edir ki, bu ittiham guya 2007-2008-ci illərdə yazılmış qondarma sübutlara əsalanır. Burada söhbət müəyyən səs yazılarından gedir ki, bunun da həqiqiliyi böyük şübhə altındadır. Bununla bağlı 2016-cı ildə Samxarauli Milli Bürosunda ekspertiza aparılıb və nədənsə bu iş neçə il ərzində prokurorluğun rəflərində dururdu. Bu gün hakimiyyət dara düşəndə müəyyən məsələləri ört-basdır etmək üçün işi ortaya atdı. Tutaq ki, bu qeydlər həqiqidir, bu halda da səs yazılarında cinayət əlamətləri yoxdur, çünki bütün hüquqşünaslar bilir ki, hazırlıqla bərabər müəyyən fəaliyyətlər də olmalıdır", - Keti Mirianaşvili bildirib.

Gürcüstan Prokurorluğu hələlik heç bir şərh verməyib. Prokurorluqdan “Netgazeti”yə, verilən məlumata görə, bu mövzu ilə əlaqədar rəsmi məlumatlar sabah açıqlanacaq.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google