“İberiya” yayımını dayandırıb
Bu gün tele şirkət “İberiya”nın əsas xəbə buraxılışı və gecə siyasi tok-şousu efirdə yayımlanmayıb. Sonra isə efir söndürülüb və indi isə izləyicilər yalız “hakimiyyət İberiyanı bağladı!!!” yazısını oxuya bilir.

“Hakimiyyət iki il ərzində etdiklərinə indi də nail oldu və bu gün üçün hazırlaşırdı. “İberiya” və “Omega qrup” haqqında avqustdan söhbət edirdilər. Bu vəziyyət çox təəssüfedicidir. Amma İberiya üçün yalnız təssüfedici deyil həm də ölkə üçün təssüfedicidir. Çünki, mediya ilə bü üsullarla mübarizə aparanda heç vaxt hakimiyyətin fəaliyyətində yaxşılıq olaraq təsvir olunmur”
– bildirib İberiyanın təsisçilərindən biri və deputat Nato Çxeidze.

“İberiyanın” məlumat xidmətinin rəhbəri Vaxo Xuzmiaşvili verlişlərin dayandırılmasının səbəbi olaraq “Gürcü arzusu”nun terror və maliyyə problemlərini qeyd edib.

“Buraya qədər gedib çıxdıq. Xəbərlərin əsas buraxlışı efirə çıxa bilmədi. “azad məkan” da çıxmayacaq. Dövlət bizə qarşı bütün berketlərdən istifadə etdi. Bilmirik sabah nə olacaq, bu gün isə vəziyyət belədir” – yazır Xuzmiaşvili şəxsi facebook səhifəsində.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google