Azərbaycan Müstəqillik Gününü qeyd edir
Bu gün, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 27 il
ötür.
XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait
nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib.
1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan
növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci
il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs
verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə
səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil
Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil,
32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə
çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin
müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı,
himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Oktyabrın 18-i 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd
edilir.