Subeliani Saakaşvilini öldürməyə hazır idi – “Rustavi 2”-də yeni qeyd
“Rustavi 2” telekanalı yeni audio qeydlər yayımlayıb. Kanala əsasən qeyddə Xorava küçəsinin işi ilə bağlı cinayətin xəbər verilməməsi üçün saxlanılan prokurorluğun keçmiş məmuru Mirza Subeliani, Mestiadan olan keçmiş deputat Viktor Caparidze və Subelianinin etibarı ilə təmin edilən şəxs David Suxişvili danışırlar.

Telekanalın məlumatına görə, Subeliani müxtəlif şəxsləri xatırlayır və qeyd edir ki, onlarda material da var.

Onlardan biri keçmiş cəzaçəkmə müəssisələri naziri Kaxi Kaxişvilidir. Subeliani qeydə əsasən ondan həbsxanada xüsusi şərait tələb edirmiş və gizli qeydlərlə şantaj edirmiş.

“Rustavi 2”-yə əsasən Subeliani polisə təslim olana qədər nazir Kaxa Kaxişvili ilə görüşüb və kamerada xüsusi şərait yaradılmasını tələb edib, əks halda isə 2013-cü ildə yazılmış qeydləri yayımlayacağı ilə onu hədələyib.

Qeyddə “Rustavi 2”-nin Mirza Subeliani olaraq qeyd etdiyi şəxs deyir ki, “Gürcü Arzusu” üçün Mixeil Saakaşvilini neytrallaşdırmağa hazırdır:

“Vapşe məni buraxın Mişanı öldürəcəm. Üç dörd ay hazırlayacam... Vapşe, silahdan istifadə etməyəcəm elə öldürəcəm. Nəisə edəcəm. İki variant var. Ya öldürməliyəm ya da çalışmalıyam. Onunla çalışmaq istəmirəm təklifləri məni cəlb etmir”.

Qeydəə Sozar Subarinin soyadı da eşidilir – “Rustavi 2”-yə əsasən Subeliani deyir ki, Suberiya Subelianini “kontrol edən” şəxsdir, ancaq Subeliani deyir ki, onların yolu ayrılacaq.

“Qardaşım məni saxlayan yeganə faktor idi. Bu Sozar faktorudur, bu gün bu faktor da yoxdur. Bu baxımdan yoxdur ki, mən gedəcəm və ona izah edəcəm. O, özü ürəyi qırıqdır, o, məndən çox həyəcanlanırdı və deyəcəm ki, Sozar, sənin xətrinə dəyməsin, qardaşım, bizim yollarımız ayırlacaq. Mən nə edəcəyimi özüm bilirəm”.

Netgazeti müstəqil olaraq qeydlərin originallığını yoxlamayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google