Gürcüstan tərəfi Badri Patarkatsişvilinin qətlinin hazırlanması
işi çərçivəsində 2016-cı ildə alınan qeydlər barədə Britaniyaya
məlumat verməyib.
Bu haqda “OC Media” Britaniya polisinə istinadən məlumat yayıb.
"Biz bu hadisələrlə bağlı Gürcüstan rəsmiləri Sar
[İngilis qraflıqlarından biri] polisi ilə əlaqə saxlamayıb, lakin
biz [gələcəkdə] onlar tərəfindən məlumatların paylaşılmasını
alqışlayarıq” – Britaniya tərəfi bildirib. Onların
məlumatına görə, son hadisələr barədə mətbuat orqanlarından xəbər
tutublar.
Cavab olaraq Gürcüstan Baş Prokurorluğundan “OC Media”ya
bildiriblər ki, qətlin hazırlanması ssenarisi və ölüm birbaşa
əlaqəli deyil.
"Bu ikisi tamamilə fərqli məsələdir. Bu qətlin
hazırlanması barədə işdir ki, bunda da dörd nəfər ittiham
olunur," – Prokurorluqdan bildiriblər.
წყარო: ნეთგაზეთი