“Gürcü arzusunun” liderlərdindən biri Mamuka Mdinaradze bu gün, 18
oktyabrda prezidentlik namizədinin reytinqi haqqında hazırlanmış
partiyanın daxili
araşdırmasının nəticələrini ictimailəşdirib.
Araşdırmaya əsasən Salome Zurabişvilini dəstəkləyənlərin sayı 27%,
Qriqol Vaşadze – 10%, Davit Bakradze isə 9% -dir.
Başqa namizədləri isə sorğulannaların 6 faizi dəstəkləyir, 48 faiz
seçkilərə getməyi planlaşdırmıd və ya qərar verməyiblər.
Mdinaradzenin bəyanatına görə, alokasiya metodu ilə aparılmış
araşdırma seçkilərə qədər olan nəticəni göstərir, Zurabişvilinin 53
faizlik dəstəyi var və o, birinci turda qalib gələcək. “Gürcü
arzusunun araşdırmasına görə” Qriqol Vaşadze 19, Davit Bakradze 17
faiz tərəfindən dəstəklənir. Başqa namizədlərə gəldikdə isə
araşdırmaya əsasən 11 faiz dəstəkləri var.
İlk əvvəl partiya araşdırmanın nəticələrini natamam, metodologiyası
olmadan, sorğulananların sayının qeyd etmədən yayımlayıb və buna
görə "Netgazeti" göstəriciləri səhifədən silib.
Qeyd olunan haqqında məlumatı Gürcü Arzusunun mətbuat xidmətindən
axşam saatlarına ala bildik. Metodologiya haqqında məlumatları
təqdim edirik.
Araşdırma necə keçirilib?
– metodologiya
“Gürcü Arzusunun” məlumatına görə,
ictimai fikirin araşdırılması siyasi birlik Gürcü Arzusu –
Demokratik Gürücstanın sifarişi ilə keçirilib, “psixoproekt”
mərkəzi həyata keçirib.
“Psixoproektin” direktoru və 100%-lik hissəs sahibi isə psixoloq
Zurab Biqvavadır. O, Bidzina İvanişvilinin keçmiş müşaviridir.
Partiyanın məlumatına görə, sorğu zamanı təsdüfən seçmə və canlı
müsahibə metodu ilə Gürcüstan miqyasında 18 yaş və daha yuxarı
yaşlı 3000-ə qədər müsahib sorğulanıb.
Araşdırmanın səhv olması ehtimalı +/- 2.5%-dır.
İşlər 2018-ci ilin 9-17 oktyabrında gedirdi, göstəricilər isə bütün
sorğulananların cavabına uyğun olan anketdən ibarətdir.
“Göstəricilərin analizi zamanı onların yoxlanması oldu
ki, müsahibin ölkə və demoqrafiya parametrlərinə görə bölünməsi
olmasın” – yazıb partiya netgazetiyə.
Ona qədər isə seçicilərin əhval ruhiyyəsi haqqında araşdırmanı
Rustavi 2 və Avropalı Gürücstan yayımlamışdı, ona əsasən Salome
Zurabişvilidən daha çox Davit Bakradzenin və Qriqol Vaşadzenin daha
yaxşı nəticələri var.