Polis bir gənci girov götürmüş qrupu həbs edib – DİN
Tbilisi, Raça-Leçxumi və Kvemo Kartli polis əməkdaşları bir şəxsi girov götürməkdə ittiham olunan 10 nəfərdən ibarət bir qrupu həbs ediblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verir.

Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Şöbəsinin rəisi mətbuata açıqlamasında qeyd etdi ki, qrup bir neçə gün əvvəl Tbilisidən 1995-ci ildə anadan olmuş bir nəfəri qaçırmış və ailəsindən 3 milyon lari tələb etmişdi.

“Qaçırılan şəxsin atası Daxili İşlər Nazirliyinə müraciət edib və oğurluq edənlərin onunla cib telefonu vasitəsilə əlaqə qurduğunu və fidyə üçün böyük miqdarda pul tələb etdiyini, əks halda girovu öldürməklə hədələdiklərini bildirdi.

Hüquq-mühafizə intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində orqanları qaçırılmış şəxsin yerini tapdılar. İstintaqın məlumatına görə, silahlı qrup qaçırılan şəxsi İmereti kəndlərindən birində gizlədiblər ",
- deyə DİN-in məlumatında deyilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis xüsusi əməliyyat zamanı qaçırılan gənci azad edib. Onun gizlədildiyi evdən isə maddi sübut kimi odlu silah müsadirə edilib. Hüquq-mühafizə orqanları artıq gənci ailəsinə qaytarıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə davam etdirilir. Həmin maddə 9 ildən 14 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google