Tbilisi, Raça-Leçxumi və Kvemo Kartli polis əməkdaşları bir şəxsi
girov götürməkdə ittiham olunan 10 nəfərdən ibarət bir qrupu həbs
ediblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat verir.
Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Şöbəsinin rəisi mətbuata
açıqlamasında qeyd etdi ki, qrup bir neçə gün əvvəl Tbilisidən
1995-ci ildə anadan olmuş bir nəfəri qaçırmış və ailəsindən 3
milyon lari tələb etmişdi.
“Qaçırılan şəxsin atası Daxili İşlər Nazirliyinə müraciət edib və
oğurluq edənlərin onunla cib telefonu vasitəsilə əlaqə qurduğunu və
fidyə üçün böyük miqdarda pul tələb etdiyini, əks halda girovu
öldürməklə hədələdiklərini bildirdi.
Hüquq-mühafizə intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində
orqanları qaçırılmış şəxsin yerini tapdılar. İstintaqın məlumatına
görə, silahlı qrup qaçırılan şəxsi İmereti kəndlərindən birində
gizlədiblər ", - deyə DİN-in məlumatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis xüsusi əməliyyat
zamanı qaçırılan gənci azad edib. Onun gizlədildiyi evdən isə maddi
sübut kimi odlu silah müsadirə edilib. Hüquq-mühafizə orqanları
artıq gənci ailəsinə qaytarıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə davam
etdirilir. Həmin maddə 9 ildən 14 ilə qədər həbs cəzasını nəzərdə
tutur.