Polis "Ana dili" parkında Zurab Caparidzeni həbs edib
Ana dili parkında “Qirçi” tərəfindən təşkil olunmuş “çətənənin leqallaşdırılması festivalı” gedirmiş, polis Zurab Caparidzeni saxlayıb.
Caparidze bağda toplaşanlara maddə paylayıb və onun çətənə olduğunu qey edib, məhz bundan sonra onu həbs ediblər.

Caparidze “çətənə festivalının” iştirakçılarına müraciət edib və bildirib ki, Konstitusiya Məhkəməsi öz qərarı ilə vətəndaşlara çətənənin (marixuana) azad istifadəsinə icazə verib. Ancaq dövlət DİN tərəfindən təqdim olunmuş qanunlayihə ilə bu hüququ məhdudlaşdırmağa cəhd göstərir. Bunun qüvvəyə minməsi ilə marixuanada bəzi yerlərdə istifadə etmək qadağan olacaq. Bundan sonra Caparidze özünün dediyinə görə, bir neçə kağızda bükülmüş çətənəni çıxarıb və ətrafda olan aktivistlərə paylayıb. Polis baş verəndən bir neçə dəqiqə sonra onu həbs edib.

“Netgazeti”nin müxbirlərinin məlumatına görə, Caparidze ilə birgə daha bir neçə nəfər aktivist saxlanılıb. Onların dəqiq sayı məlum deyil.

“Qirçi”nin prezidentliyə namizədini toplaşanlar dəstək şüarları ilə yola salıblar.





“Qirçi” tərəfindən təşkil edilmiş, marixuananın satışı anons edilən “Çətənənin leqallaşdırılması festivalı” bu gün, saat 16:20-də Ana dili bağında başlayıb. Partiyada bunu çətənənin əkilməsi və istifadəsinin tam leqallaşdırılmasının ön şərti kimi görürmüşlər.

Caparidzeyə qədər Ana dili bağından polis şöbəsinə 5 nəfər aparılıb. Onlar arasında Qirçinin üzvləri – İaqo Xviçia, Vaxtanq Meqrelişvili və Nika Oboladze də var. Həmçinin, heyvan forması geyinmiş partiyanın iki dəstəkçisi də saxlanılıb. DİN bildirir ki, onların hamısını hələ 13 oktyabrda başlayan festivalla bağlı istintaq çərçivəsində “istintaqın keçirilməsi” üçün aparıblar.

Partiyada eləcə də deyirlər ki, polis onlara tədbrinin keçirilməsi üçün lazım olan bağa aparaturanı daxil etməyə imkan vermirmiş.

İstintaqa cavab olaraq partiyanın prezidentliyə namizədi Zurab Caparidze izah edib ki, onun bu hərəkəti vətəndaş tabesizliyi olacaq, ancaq bununla qanunu pozmayacaq. Prezidentliyə namizəd qeyd olunanla bağlı Gürcüstan Konstitusiya Məhkəməsinin 30 iyula olan qərarını sübut gətirib. Qərara əsasən marixuandan istifadə leqallaşdırılıb. Həmin qərara əsasən məhkəmə eləcə də hansı yerlərdə marixuana çəkməyə icazə veriləcəyini də izah edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google