Bu gün, 20 oktyabr tarixində “LİDER MEDİA” təşkilatının təqdimatı
keçirildi.
Təqdimat Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Mirzə
Fətəli Axundov muzeyində baş tutdu. Təqdimat əsnasında təşkilatın
nəzdində yeni fəaliyyətə başlayan 24news.ge xəbər portalının və
24news Tv internet kanalının haqında da tədbir iştirakçılarına
məlumat verildi.
Təşkilatçıların sözlərinə görə, Media qurumun yaradılmasında məqsəd
Gürcüstanda baş verən vacib və maraqlı xəbərləri azərbaycan dilində
geniş auditoriyaya təqdim etmək, eyni zamanda regionda baş verən
xəbərləri gürcü dilində gürcü auditoriyasına çatdırmaqdır.