Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib. Hadisə "Mazımçay" gömrük postunda baş verib.

Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.

Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşları - Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb".

Faktla bağlı araşdırma aparılır.





Print ელ. ფოსტა
FaceBook Twitter Google