Xarici İşlər Nazirliyindən bildirirlər ki, Gürcüstanın
Azərbaycandakı konsulluğuna Gürcüstan vətəndaşı Mirtağı Əsədovun
saxlanılması ilə bağlı Azərbaycan hakimiyyətindən heç bir məlumat
daxil olmayıb.
Lakin konsulluq “ailə ilə müntəzəm əlaqə saxlayır və bu məsələ
üzərində çalışır”, - Xarici İşlər Nazirliyindən “Liberal”a Mirtağı
Əsədovun saxlanılması ilə bağlı bildiriblər. Nazirliyin məlumatına
görə, bu mərhələdə əlavə heç nə deyə bilmirlər.
Sosial şəbəkədə petisiya yayımlanıb. Petisiyada
Gürcüstan hakimiyyətinin bu vaxta qədər öz vətəndaşının hüquqlarını
qorumaq üçün heç nə etmədiyi qeyd olunub.
Yayılmış məlumata görə, Gürcüstan vətəndaşı olan şeyx Mirtağı
Əsədov 2018-ci ilin 7 noyabr tarixində Gürcüstan-Azərbaycan
sərhədində Azərbaycan polisi tərəfindən saxlanılıb.
Bazar ertəsi Azərbaycan polisi Əsədovun ailəsinə Azərbaycan
məhkəməsinin hökmünü təqdim edib. Həmin hökmdə Mirtağı Əsədovun
sərhəddən 533 kilometr uzaqda, Bakı şəhərində saxlanıldığı qeyd
olunub.
Petisiyanın mətnində Azərbaycan tərəfinin heç kəsə Əsədovla
görüşmək üçün icazə vermədiyi yazılıb.
Mənbə: liberali.ge