İstintaq xidməti aksizsiz siqaretin göndərilməsi faktını aşkarlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departaentinin nümayəndələrinin koordinasiyası ilə, aparılan əməliyyat nəticəsində aksiz markasına aid məcburi icazənin tabeliyi altında xüsusən çox miqdarda məhsulun – siqaretin aksiz markası olmadan aparılması faktını aşkarlayıb.

İstintaqla müəyyən edilib ki, Azərbaycan vətəndaşı, onun idarəsi altında olan nəqliyyat vasitəsi ilə gömrük buraxılış məntəqəsində, Kazbekini keçərkən Rusiya Federasiyası istiqamətində qeydiyyatsız, aksizsiz siqaret aparmağa cəhd edirmiş. Rəsmi sənədlərə əsasən nəqliyyat vasitəsilə 21 ton üzümün daşınması həyata keçirilməli imiş. Ancaq yoxlayış nəticəsində məlum olub ki, avtomobillə böyük miqdarda – 90 180 qutu xarici istehsal olan aksizsiz siqaretin daşınması olurmuş.

İstintaq nəticəsində aşkarlanan aksizsiz siqaretin bazar qiyməti 234 468 larini təşkil edir.

İstintaq Gürcüstan CM-nin 200-cü maddəsinin 3-cü hissəsi ilə gedir. Maddə 6-dan 8 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google