Eka Qiqauri – Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər keçirdiyini təsəvvür edirəm
“Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər keçirdiyini təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az pis vəziyyətdə qalıb” – “Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatının rəhbəri Eka Qiqauri “Palitranyus” kanalında efirə gedən “360 dərəcə” proqramında deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, namizəd bir qadındır və hakim partiya da bunu xüsusilə vurğulayır, yekunda kampaniyada yenə də kişilər dominantlıq edir ki, bu da gender baxımından müsbət dəyərləndirilə bilməz. Qiqaurinin sözlərinə görə, cinsiyyətindən asılı olmayaraq bu cür kampaniyalarda namizəd özü üstünlük təşkil etməlidir.

"Bu birmənalı olaraq PR kampaniyasıdır və aydındır ki, onlar da bunda müəyyən məna görürlər. Mənim üçün yeganə təəssüfləndirici hal odur ki, özləri deyirdilər ki, Zurabişvili ilk qadın namizəddir və qadının prezident olması çox əhəmiyyətlidir. Lakin görürük ki, kişilər dominantlıq edirlər. Bir insana sənin reklam panellərinin çox olmasına ehtiyac yoxdur və bu reklam panellərində biz olacağıq deyərkən onun nə hisslər keçirdiyini təsəvvür edirəm, düşünürəm ki, Salome xanım da bir az pis vəziyyətdə qalıb. Bu Avropa tipli dövlət üçün səciyyəvi deyil. Namizədin qadın və ya kişi olmasına baxmayaraq, kampaniyada o, iştirak edir və dominantlıq edir, müvafiq olaraq gender baxımından da bunu müsbət dəyərləndirə bilmərəm”, – Qiqauri bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google