DİN Sameqreloda böyük miqdarda narkotik aşkarlayıb
23:21 / 17.11.2018
DİN-in Sameqrelo-Zemo Svaneti polis Departamentinin Poti şəhər
idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1987-ci
il təvəllüdlü V.Q.-nı böyük midarda narkotik maddəsnin qanunsuz
əldə edilməsi və saxlanılması ittihamı ilə saxlayıb.
Törədilən cinayət 8-dən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum
edilməni nəzərdə tutur.
Hüquq mühafizəçiləri ittiham olunanlara aid avtomobilin axtarışı
zamanı narkotik maddə buprenorfin tərkibli 49 həb
aşkarlayıblar.
İstintaq böyük miqdarda narkotik maddənin qanunsuz əldə
edilməsi-saxlaılmasına dair Gürcüstan CM-nin 260-cı maddəsinin 6-cı
hissəsinin "a" alt bəndi ilə gedir.