Polis Kvemo Kartlidə oğru dünyasının üzvlüyü və qəsb etmə ittihamı ilə bir nəfəri saxlayıb
23:26 / 17.11.2018
DİN-in Kvemo Kartli Departamentinin əməkdaşları 1980-ci il
təvəllüdlü keçmişdə məhkum edilmiş A.Q.-nı hakimin hökmü əsasında
Rustavidə saxlayıblar. O, oğru dünyasının üzvlüyündə və qəsb etmədə
ittiham olunur.
Törədilmiş cinayət 7-dən 10 ilə qədər azadlıqdan məhrum edilməni
nəzərdə tutur.
İstintaq müəyyən edib ki, ittiham olunan Qardabani rayonunda
yaşayan vətəndaşı öldürməklə, arvad-uşağını öldürmək və mülkünü
məhv etməklə hədələyirmiş və 3000 ABŞ dolları tələb edirmiş. A.Q.
vətəndaş Q.C.-nı “qanuni oğru” “Quli”nin adı ilə hədələyirmiş.
Zərərçəkəni qorxutmaq üçün ittham olunan şəxs onun evinə yanan şüşə
atıb, nəticədə heç kim zərər çəkməyib.
İstintaq oğru dünyasının üzvlüyü və qəsb etmə faktına dair
Gürcüstan CM-nin 181-ci maddəsinin 1-ci və 223-cü prima maddəsinin
1-ci hissəsi ilə gedir.