Marneuli mədəniyyət evi teatr formalaşdırmağı planlaşdırır
17:22 / 19.11.2018
Cümə
günü iş həftəsinin sonuncu günüdür. Biz isə Marneuli Mədəniyyət
Mərkəzinin direktoru Nato Şavişvilini tuta bilmirik. Nəhayət ki, o,
işini həll etdi və bizim üçün bir neçə söz deməyə vaxt
tapdı.
O, həmin müəssisəyə 3 ildir ki,
rəhərlik edir.
“Bizim bütün işimiz mədəniyyət sahəsinin Marneuli
bələdiyyəsində inkişafına sərf olunur. Gənclərə daha çox maraqlı
tamaşalar təklif etməyə çalışırıq” – deyir Nato
Şavişvili.
Gələcəkdə nə planlaşdırırsınız sualına Nato teatr baxımından
inkişafı qeyd etdi.
“2019-cu ildə planlaşdırdığımız ən böyük layihəmiz
teatrın inkişafıdır və teatrın formalaşdırılmasını və sizə, bizim
tamaşaçılara daha çox tamaşa təqdim etməyi düşünürük”
– deyir Mədəniyyət Mərkəzinin rəhbəri.
Mədəniyyət evinin əməkdaşı və aktyor Zura Xaptani deyir ki,
Marneulidə indiyə qədər heç vaxt teatr truppası nə də ki, teatr
olmayıb. Böyük ümid bəsləyir ki, bu gələn ildən həyata keçiriləcək.
Aktyor müsbət rəylər qazanan “Airdzinaği” (qaz maskası)
tamaşasından danışdı:
“Tamaşa erkən evliliyə aiddir. Bu tamaşa gənclər üçün
çox yaxşıdır. Çünki region üçün çox vacib mövzuya aiddir. Biz
istəyirik ki, daha çox tamaşaçılara, çoxlu gənclərə, sizin
həmyaşıdlarınıza, balacalara, böyüklərə bizi və başqa regionları
narahat edən tərəfləri göstərək. Bu erkən evlilik və qadına
zorakılıqdır” - deyir aktyor.
Mədəniyyət evinin daha bir aktyoru Keti Abaşidze həmçinin, teatr
hqqında və onun formalaşmasından danışdı.
“Teatrın maliyyəsi də olacaq. Bundan dolayı bizim imkanımız olacaq
ki, ştata aktyor götürək və artıq mədəniyyət evində olan teatral
truppa yaranacaq”. Ketinin sözlərinə görə bu il güman ki,
“Airdzinaği”nin və yəqin ki, “Medea”nın da təkrar nümayişi
gözlənilir.
“Airdzinaği” tamaşasının premyerası böyük anşlaqla və tənqidçilərin
bəyənməsi ilə oktyabrda baş tutdu.
Təkrar nümayiş isə bu gün, saat 19:00-da, Mədəniyyət Evinin zalında
baş tutacaq.
Müəllif: Marneuli N6 ictimai məktəbin VIII sinif şagirdi Lizi
Xaraişvili.