DİN Xelvaçauridə baş vermiş avtoqəzanın iştirakçısı olan sürücünü həbs edib
DİN-in Acarıstan Polis Departamentinin Xelvaçauri rayon idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1989-cu il təvəllüdlü Q.S-nı nəqliyyat hərəkətinin təhlükəsizliyi və ya ekspluatasiyası qaydasının pozulması ittihamı ilə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxs cari ilin 18 noyabrında gecə, öz avtomobili ilə Xelvaçauridə Carnali-Axalsopeli avtomobil yolunda hərəkət edirmiş və piyadalar - 1970-ci il təvəllüdlü C.S və 1962-ci il təvəllüdlü D.Q-nı vurub və hadisə yerindən qaçıb.

C.S. yerində dünyasını dəyişib və D.Q isə xəstəxanaya yerləşdirilib. Polis itiiham olunanı hakimin hökmünə əsasən həbs edib.

Sübut olaraq hadisədə iştirak edən avtomobil götürülüb. Saxlanılan şəxs onu gizlətmək məqsədi ilə hissələrini söküb.

İstintaq CM-nin 276-cı maddəsinin 5-ci hissəsi ilə gedir. Maddə yol hərəkəti təhlükəsizliyinin və ya ekspluatasiya qaydasının pozulması faktının insan ölümü ilə nəticələnməsini nəzərdə tutur.
Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google